“Klub rəhbərliyi bilir ki, gec-tez komanda yenidən qurulmalı olacaq”

23 Fevral 2025 20:25 İngiltərə 658
“Klub rəhbərliyi bilir ki, gec-tez komanda yenidən qurulmalı olacaq”

“Mançester Siti”nin baş məşqçisi Pep Qvardiola komandanın böyük dəyişikliklərə ehtiyacı olduğunu düşünür.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, o, bunu deyib:

“Bəli, mövsümün əvvəlində bunu gözləmirdim, əks halda, bəlkə də bunu keçən yay edərdik. Klub rəhbərliyi bilir ki, gec-tez komanda yenidən qurulmalı olacaq”.

“Şəhərlilər” mövsümü kuboksuz başa vurmaq riski altındadır.

MS Premyer Liqada titulunu qorumaq şansını praktiki olaraq itirib və həmçinin, pley-offun ilk mərhələsində “Real”a uduzaraq Çempionlar Liqasından kənarlaşdırılıb.

Komandanın mövsümün qalan hissəsində əsas hədəfi Premyer Liqanın ilk dördlüyünə düşmək və İngiltərə kubokunda qələbədir.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti