20 milyon avroya İspaniya klubuna keçəcək – Ukraynalı müdafiəçi

18 Fevral 2025 00:20 İngiltərə 777
20 milyon avroya İspaniya klubuna keçəcək – Ukraynalı müdafiəçi

Ukrayna millisinin və “Arsenal”ın müdafiəçisi Oleksandr Zinçenkonun İspaniya çempionatına keçmək imkanı var.

Sportinfo.az “Esto es Atleti”-yə istinadən xəbər verir ki, ukraynalı futbolçu ilə “Atletiko” maraqlanır.

Madrid klubunun rəhbərliyi yay transfer pəncərəsində Zinçenkonun transferini rəsmiləşdirməyə hazırlaşır. “Atletiko” ona görə 20 milyon avro ödəyəcək.

28 yaşlı Zinçenko bu mövsüm London komandasının heyətində 13 oyun keçirib. Onun “Arsenal”la müqaviləsi 2026-cı ilin yayında başa çatacaq.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti