Bu hücumçu üçün 55 milyon avro ödəməyə hazırdır - Paytaxt təmsilçisi

17 Fevral 2025 10:00 İngiltərə 1 141
Bu hücumçu üçün 55 milyon avro ödəməyə hazırdır - Paytaxt təmsilçisi

“Arsenal” hücum xəttini gücləndirmək istəyir.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, İngiltərə klubu “Atalanta”nın hücumçusu Mateo Reteqi ilə maraqlanır.

“Topçular” yay transfer pəncərəsində futbolçu üçün 55 milyon avro təklif etməyə hazırdır.

Reteqinin “Atalanta” ilə 2028-ci ilin iyunun sonuna qədər olan müqaviləsi var. 25 yaşlı futbolçu İtaliya çempionatının bu mövsümündə 23 matçda iştirak edib, 20 qol vurub və 3 məhsuldar ötürmə verib.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti