Müdafiəni yeni legionerlə gücləndirdi - Premyer Liqa nəhəngi

28 Yanvar 2025 01:30 İngiltərə 509
Müdafiəni yeni legionerlə gücləndirdi - Premyer Liqa nəhəngi

"Mançester Siti" müdafiə xəttini yeni oyunçu ilə gücləndirib.

Sportinfo.az xəbər verir ki, Premyer Liqa nəhəngi "Nyu York Siti"dən Kristian Makfarleyni transfer edib.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

18 yaşlı sol cinah müdafiəçisi ilə imzalanan müqavilənin detalları barədə məlumat verilməyib.

Kristian Makfarleyn "Nyu York Siti"nin yetirməsidir. İngiltərəli futbolçu MLS təmsilçisinin əsas komandasının heyətində 13 rəsmi matçda meydana çıxıb.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti