Ərəblər böyük şəxsi təklif hazırlayır – Məhəmməd Salah üçün

26 Yanvar 2025 01:40 İngiltərə 922
Ərəblər böyük şəxsi təklif hazırlayır – Məhəmməd Salah üçün

“Liverpul”un hücumçusu Məhəmməd Salahın karyerasını Səudiyyə Ərəbistanı çempionatında davam etdirmək variantı var.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, “Əl-Hilal” misirli futbolçu ilə maraqlanır.

Səudiyyə Ərəbistanı klubu 32 yaşlı hücumçu üçün böyük şəxsi təklif hazırlayır. Müqavilə 2028-ci ilə kimi nəzərdə tutulub.

Salahın “Liverpul”la hazırkı müqaviləsi yayda başa çatacaq. O, bu mövsüm “qırmızlar”ın heyətində 31 oyuna çıxıb, 22 qol vurub və 17 məhsuldar ötürmə edib.

Digər Xəbərlər
Xəbər Lenti
31 Avqust 17:30 Çək və bizə göndər!