Misirli hücumçu Premyer Liqa nəhənginə keçdi

24 Yanvar 2025 01:40 İngiltərə 560
Misirli hücumçu Premyer Liqa nəhənginə keçdi

"Mançester Siti" Bundesliqada çıxış edən "Ayntraxt"ın misirli hücumçusu Omar Marmuşu heyətinə qatıb.

Sportinfo.az xəbər verir ki, bu barədə məşhur insayder Fabritsio Romano sosial şəbəkə hesabında paylaşım edib.

Məlumata görə, artıq danışıqlar prossesi yekunlaşıb və "şəhərlilər" yaxın müddətdə forvardın keçidini açıqlayacaq.

Bu transfer Mançester klubuna 75 milyon avroya başa gələcək. 25 yaşlı oyunçu isə ildə 16-17 milyon avro məvacib alacaq.

O.Marmuş cari mövsüm "Ayntraxt"ın heyətində 26 oyunda 20 qol vurub.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti