“Mançester Siti” maraqlıdır - Portuqaliyalı qolkiperin xidmətində

21 Yanvar 2025 01:30 İngiltərə 654
“Mançester Siti” maraqlıdır - Portuqaliyalı qolkiperin xidmətində

Portuqaliya millisinin və “Portu”nun qapıçısı Dioqo Kosta İngiltərə klubuna keçə bilər.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, portuqaliyalı qolkiperin xidmətində “Mançester Siti” maraqlıdır.

Klub Kostanı braziliyalı futbolçu Edersonun əvəzləyicisi kimi nəzərdən keçirir. Oyunçunun keçidi yay transfer pəncərəsində tamamlana bilər.

Qapıçı ilə “Portu” arasındakı hazırkı müqavilə 2027-ci ilin ortalarına qədərdir. O, bu mövsüm 24 oyun keçirib və 13-də qapısını toxunulmaz saxlayıb.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
6 Fevral 18:10 Çək və bizə göndər!
6 Fevral 07:30 Bundan az istifadə edin!