“Çelsi”nin keçmiş baş məşqçisinə tapşırıla bilər - Millinin “sükan”ı

16 İyul 2024 18:40 İngiltərə 1 127
“Çelsi”nin keçmiş baş məşqçisinə tapşırıla bilər - Millinin “sükan”ı

Qaret Sautqeytin İngiltərə millisinin baş məşqçisi vəzifəsini tərk edəcəyi açıqlanıb. İndi İngiltərə Futbol Assosiasiyası komandaya yeni məşqçi axtarır.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, İngiltərədə Qrem Potter milli komandanın baş məşqçisi postunun favoriti sayılır.

49 yaşlı mütəxəssis daha çox “Çelsi” və “Brayton”dakı işi ilə tanınır. Potter bir ildən çoxdur işsizdir. “Çelsi” 2023-cü ilin aprel ayının əvvəlində onun xidmətindən imtina edib.

Qaret Sautqeyt İngiltərə yığmasını 2016-cı ilin sentyabr ayından çalışdırırdı.

Digər Xəbərlər
Xəbər Lenti
31 Dekabr 2025 20:00 Çək və bizə göndər!
31 Dekabr 2025 14:50 "Sportinfo TV”də GÜNDƏM
31 Dekabr 2025 08:30 Bayram günlərinin PROQNOZU
31 Dekabr 2025 08:00 Yanvarda hava necə olacaq?
31 Dekabr 2025 07:30 Bu cərimələr artırılır