Ukraynalı hücumçunu transfer etmək istəyir - Paytaxt təmsilçisi

9 Aprel 00:10 İngiltərə 470
Ukraynalı hücumçunu transfer etmək istəyir - Paytaxt təmsilçisi

"Jirona"nın hücumçusu Artem Dobvik karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər.

Sportinfo.az xəbər verir ki, ukraynalı forvardın xidmətində "Çelsi" maraqlıdır. Bu barədə İspaniya mətbuatı məlumat yayıb.

London təmsilçisi 26 yaşlı futbolçu üçün yayda La Liqa klubu ilə danışıqlara başlayacaq.

"Jirona" Artem Dobviki 2023-cü ilin yayında "Dnepr-1"dən transfer edib. Ukrayna millisinin üzvü ispaniya təmsilçisinin heyətində meydana çıxdığı 33 rəsmi matçda 17 qol və 7 məhsuldar ötürmə ilə yadda qalıb.

Onun klubla müqaviləsi 2028-ci ilin yayına kimidir.

Digər Xəbərlər
Xəbər Lenti