Onu əvəzləyəcək baş məşqçi tapa bilmir – Premyer Liqa komandası

6 Aprel 2024 21:20 İngiltərə 594
Onu əvəzləyəcək baş məşqçi tapa bilmir – Premyer Liqa komandası

“Mançester Yunayted” Erik ten Haqı baş məşqçi postunda saxlaya bilər.

Sportinfo.az xəbər verir ki, klub rəhbərliyinin baş məşqçinin qovulması fikrinə şübhəylə yanaşdığı bildirilir.

Əvvəllər niderlandlı məşqçinin mümkün qovulması ilə bağlı söz-söhbətlər yayılsa da, rəhbərlik artıq bu fikrə şübhə ilə yanaşır.

“Mançester yunayted” rəhbərliyi Ten Haqı adekvat şəkildə əvəz edə biləcək bir namizəd görmür.

“Mançester Yunayted” daha əvvəl Tomas Tuxel, Qrem Potter, Yulian Naqelsmann və Roberto de Zerbi kimi mütəxəssislərlə əlaqə saxlamışdı.

Ancaq bu məşqçilərin heç biri komandaya rəhbərlik etməyə yaxın deyil.

Bundan əvvəl Ten Haq mətbuat konfransında işini davam etdirəcəyinə əmin olduğunu bildirmişdi.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti