“Mən emosional insanam, vidalaşmağı sevmirəm, onun gedişi dəhşətli olacaq!"

4 Aprel 2024 18:40 İngiltərə 847
“Mən emosional insanam, vidalaşmağı sevmirəm, onun gedişi dəhşətli olacaq!"

"Liverpul"un müdafiəçisi Vircil van Deyk Yurgen Klopp haqda danışıb.

Sportinfo.az xəbər verir ki, o, bu mövsümün sonunda klubdan ayrılacaq mütəxəssislə bağlı deyib:

“Mən emosional insanam, vidalaşmağı sevmirəm. Kloppun gedişi dəhşətli olacaq!

Kapitan kimi yəqin ki, nəsə deməliyəm, o gündən qorxuram. Əgər uğur qazansaq, bu, bir az işimizi asanlaşdıracaq. Bu, bizim məqsədimizdir”.

Klopp yanvar ayında bu mövsümün sonunda "Liverpul"dan ayrılacağını açıqlamışdı. 56 yaşlı mütəxəssis 2015-ci ildən komandanı çalışır.

29 oyundan sonra "Liverpul" 67 xalla Premyer Liqanın turnir cədvəlinə başçılıq edir və 2-ci yerdə qərarlaşan "Arsenal"ı 2 xal qabaqlayır.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti