İspaniya millisinin üzvünü transfer etmək istəyir - Paytaxt klubu

4 Aprel 12:00 İngiltərə 492
İspaniya millisinin üzvünü transfer etmək istəyir - Paytaxt klubu

"Arsenal" yayda yarımmüdafiə xəttini yeni oyunçu ilə gücləndirməyi planlaşdırır.

Sportinfo.az xəbər verir ki, London təmsilçisi "Real Sosyedad"da çıxış edən Martin Zubimendini transfer etmək istəyir.

"Bavariya" da 25 yaşlı yarımmüdafiəçi ilə maraqlanır. Lakin bu transferdə "Arsenal"ın daha şanslı olduğu bildirilir.

Martin Zubimendi "Real Sosyedad"ın yetirməsidir. İspaniya millisinin üzvü bu mövsüm La Liqa təmsilçisinin heyətində meydana çıxdığı 43 rəsmi matçda 4 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.

Onun klubla müqaviləsi 2027-ci ilin yayına kimidir.

Digər Xəbərlər
Xəbər Lenti