"Düzünü desəm, onu layiq olduğu qədər tərifləyə bilmərəm"

3 Aprel 2024 22:00 İngiltərə 568
"Düzünü desəm, onu layiq olduğu qədər tərifləyə bilmərəm"

“Liverpul”un müdafiəçisi Konor Bredli komandanın yarımmüdafiəçisi Aleksis Makallister haqda danışıb.

Sportinfo.az xəbər verir ki, irlandiyalı indiyə qədər heç kimin topla belə yaxşı oynadığını görmədiyini söyləyib:

“O, inanılmaz futbolçudur. Mən indiyə qədər heç kimin topla belə yaxşı oynadığını görməmişdim.

Aleksis həmişə formadadır və soyuqqanlıdır. O, böyük futbolçudur və onunla oynamaq əsl zövqdür.

Düzünü desəm, onu layiq olduğu qədər tərifləyə bilmərəm”.

Aleksis Makallister 2023-cü ilin yayından “Liverpul”da çıxış edir. Argentinalı yarımmüdafiəçi əvvəllər “Brayton”da forma geyinib.

25 yaşlı futbolçu bu mövsüm bütün turnirlərdə 35 oyun keçirib, 5 qol vurub və 7 məhsuldar ötürmə edib.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti