"Mövsümün sonuna kimi hər şeyin necə olacağını biləcəyik"

3 Aprel 2024 01:30 İngiltərə 324
"Mövsümün sonuna kimi hər şeyin necə olacağını biləcəyik"

“Mançester Yunayted”in baş məşqçisi Erik ten Haq Premyer Liqanın 30-cu turunda “Brentford”la heç-heçədən (1:1) sonra komandasının Çempionlar Liqasına düşmək şansı ilə bağlı sualı cavablandırıb.

Sportinfo.az xəbər verir ki, o, bu suala cavab vermək üçün mövsümün sonuna kimi gözləməyin gərəkli olduğunu bildirib:

“Qarşıda hələ çox matçlar var, amma təbii ki, mövsümün sonuna doğru xallar artır.

“Brentford”la matçda üç xal qazanmalı idi, amma birini götürdük. Mövsümün sonuna kimi hər şeyin necə olacağını biləcəyik”.

“Qırmızı şeytanlar” hazırda 48 xalla İngiltərə çempionatının turnir cədvəlində 6-cı yerdədir.

Digər Xəbərlər
Xəbər Lenti
5 İyul 16:00 10-cu AYRILIQ XƏBƏRİ
5 İyul 08:20 Quliyev Serbiya yolunda