“Liverpul”un baş məşqçisi Yurgen Klopp Premyer Liqanın 29-cu turunda “Brayton”la oyunda (2:1) yarımmüdafiəçi Aleksis Makallisterin çıxışı ilə bağlı fikirlərini bölüşüb.
Sportinfo.az xəbər verir ki, almaniyalı mütəxəssis oyunçularının ən böyük fanatı olduğunu bildirib:
“Bəli, Makallister inanılmazdır, tamamilə inanılmazdır. Ancaq bu cür istedada, belə xarakterə sahib olanda bunu etməlisən”.
25 yaşlı futbolçu 2023-cü ilin yayından “Liverpul”da çıxış edir. Yarımmüdafiəçi bu mövsüm bütün turnirlərdə 35 oyuna çıxıb, 5 qol vurub və 7 məhsuldar ötürmə edib.

