18 yaşlı futbolçuya mədhiyyə söylədi: “O, əladır”

31 Mart 2024 16:55 İngiltərə 503
18 yaşlı futbolçuya mədhiyyə söylədi: “O, əladır”

“Mançester Yunayted”in baş məşqçisi Erik ten Haq komandanın yarımmüdafiəçisi Kobbi Mainudan danışıb.

Sportinfo.az xəbər verir ki, o, 18 yaşlı ingilis futbolçu haqda bunları deyib:

“Liqa kuboku bitdikdən sonra mən Mainuya dedim: “Sənin günün gələcək.

Biz birlikdə kuboklar qazanmaq niyyətində olduğumuz səyahətə çıxırıq”. O, əladır. Mainu qazanmaq üçün hər gün əlindən gələni etmək istəyir. Çünki o, inkişaf etmək istəyir”.

Mainu bu mövsüm “Mançester Yunayted”də debüt edib. O, “qırmızı şeytanlar”ın əsas komandasında bütün turnirlərdə 23 matçda iştirak edib, 2 qol vurub və 2 məhsuldar ötürmə verib.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti