Ya “Real”, ya da… Atası Haland üçün hərəkətə keçdi

30 Mart 2024 22:00 İngiltərə 2 684
Ya “Real”, ya da… Atası Haland üçün hərəkətə keçdi

“Mançester Siti”nin hücumçusu Erlinq Halandın atası, keçmiş futbolçu Alf-İnqe Haland son aylarda oğlunun gələcəkdə İspaniya çempionatının nəhənglərindən birinə – “Real” və ya “Barselona”ya transferi üzərində işləyir.

Sportinfo.az xəbər verir ki, hazırda norveçli futbolçunun atası “Real”la daha etibarlı münasibət qurub.

Bununla belə, onun “Barselona” ilə əlaqələrinin hələ də qaldığı vurğulanır.

Haland özü də gələcəkdə karyerasını İspaniyada davam etdirmək arzusunu ifadə edib.

Hücumçunun “Mançester Siti” ilə müqaviləsi 2027-ci ilin yayına qədərdir.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti