Topdaşıyanlara qadağa qoyuldu - Premyer Liqada

30 Mart 10:00 İngiltərə 299
Topdaşıyanlara qadağa qoyuldu - Premyer Liqada

İngiltərə Premyer Liqasında topdaşıyan uşaqlara qadağa tətbiq edilib.

Sportinfo.az xəbər verir ki, bundan sonra matçlarda top meydandan kənara çıxdığı zaman, bolboylar topu həmin komandanın oyunçusuna ata bilməyəcəklər.

İngiltərə Premyer Liqasının təşkilat komitəsi bununla təhlükəli hücumların qarşısının alınacağını düşünür.

Belə ki, bundan sonra futbolçular meydanın kənarındakı konusların yanına qoyulan topu özləri götürəcəklər.

Nəticədə hücum edən tərəfə ədalətsiz üstünlük qazandırmaqla onların təhlükəli hücumlar yaratmasının qarşısı alınacaq.

Bu qərardan sonra yan xətlərin yaxınlığında əlavə 4 top qoyulacaq. Həmin 4 topdan biri istifadə olunarsa, bolboylar yalnız bu zaman onu yeniləri ilə əvəzləyə bilər.

Digər Xəbərlər
Xəbər Lenti
28 Aprel 20:00 Çək və bizə göndər!
28 Aprel 02:50 Başını dik tut, Nicat!
28 Aprel 02:30 “Buna görə uduzduq"