Karyerasını Səudiyyə Ərəbistanında davam etdirə bilər - Kazemiro

27 Mart 22:00 İngiltərə 190
Karyerasını Səudiyyə Ərəbistanında davam etdirə bilər - Kazemiro

“Mançester Yunayted”in braziliyalı yarımmüdafiəçisi Kazemiro yayda Səudiyyə Ərəbistanı klublarından birinə keçə bilər.

Sportinfo.az xəbər verir ki, yarımmüdafiəçinin xidmətində hansı klubun maraqlı olduğu barədə məlumat verilmir.

Kazemiro Braziliyanın “San Paulo” klubunun yetirməsidir. O, 2013-2022 illər aralığında “Real”da çıxış edib.

Daha sonra “Mançester Yunayted”ə keçən futbolçu bu mövsüm bütün turnirlərdə 21 oyun keçirib, 5 qol vurub və 2 məhsuldar ötürmə edib.

Kazemironun MY ilə müqaviləsi 2026-cı ilin iyun ayının sonuna qədərdir.

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!