“Premyer Liqanın “Şöhrət Zalı”na daxil olmaqdan qürur duyuram"

26 Mart 2024 12:20 İngiltərə 452
“Premyer Liqanın “Şöhrət Zalı”na daxil olmaqdan qürur duyuram"

“Arsenal”ın və “Çelsi”nin keçmiş futbolçusu Eşli Koul adının İngiltərə Premyer Liqasının “Şöhrət Zalı”na daxil olmasını şərh edib.

Sportinfo.az xəbər verir ki, keçmiş futbolçu inanılmaz azarkeşləri olan bir neçə komandada oynadığını bildirib:

“Premyer Liqanın “Şöhrət Zalı”na daxil olmaqdan qürur duyuram. Karyeranızın sonunda mükafatlandırılmaq təvazökar və çox təsiredicidir.

Karyeram boyunca yalnız əlimdən gələni etməyə və kifayət qədər yaxşı olmağa çalışdım.

Uğurları gündən-günə, oyundan-oyundan qazanırsan. Uşaqlıqda bunu xəyal belə etmirsən, sadəcə futbol sevgisi üçün edirsən.

Mən inanılmaz azarkeşləri olan bir neçə komandada oynamışam. Uşaqlıq klubum olan “Arsenal” və “Çelsi” ilə kuboklar qazanmağım – bunlar həmişə mənimlə qalacaq heyrətamiz xatirələrdir.

Alan Şirer, Tyeri Anri, Didye Droqba və Rio Ferdinandla birlikdə “Şöhrət Zalı”na daxil olmaq mənim üçün böyük şərəfdir”.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti