20 yaşlı müdafiəçi üçün 80 milyon avro ödəməyə hazırdır

26 Mart 01:30 İngiltərə 219
20 yaşlı müdafiəçi üçün 80 milyon avro ödəməyə hazırdır

"Arsenal" növbəti mövsüm üçün transfer çalışmalarına start verib.

Sportinfo.az xəbər verir ki, London təmsilçisi müdafiə xəttini "Sportinq"də çıxış edən Usman Diomande ilə gücləndirməyi planlaşdırır.

"Arsenal"ın baş məşqçisi Mikel Arteta 20 yaşlı mərkəz müdafiəçisinin transferində israrlıdır. Gənc oyunçunun müqaviləsində yer alan sərbəstqalma məbləği 80 milyon avrodur. "Topçular" bu məbləği ödəməyə hazırdır.

"Arsenal" Usman Diomandeni 2023-cü ilin yayında "Midyullan"dan transfer edib.

Fil Dişi Sahili milli komandasının üzvü bu mövsüm Portuqaliyalı klubunun heyətində meydana çıxdığı 29 rəsmi matçda 2 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb. Onun klubla müqaviləsi 2027-ci ilin yayına kimidir.

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!