“Mançester Yunayted” tarixinin ən yaxşısı Ronaldodur”

23 Mart 17:20 İngiltərə 382
“Mançester Yunayted” tarixinin ən yaxşısı Ronaldodur”

“Mançester Yunayted”in yeni həmsahibi Cim Ratkliff “Əl-Nəsr” və Portuqaliya millisinin hücumçusu Kriştiano Ronaldo haqda danışıb.

Sportinfo.az xəbər verir ki, o, Ronaldonun klub tarixindəki ən yaxşı futbolçu olduğunu deyib:

“Mançester Yunayted” tarixinin ən yaxşı futbolçusu kimdir? Məncə, bu, Ronaldodur. Bobbi Çarltonu çətinliklə xatırlayıram.

O, klubun əfsanəsidir. Amma bir gün mən Aleks Ferqyusondan onun üçün ən yaxşı futbolçunun kim olduğunu soruşdum və o, Ronaldonun adını çəkdi”.

Ronaldo 2022-ci ilin dekabr ayının sonunda azad agent kimi “Mançester Yunayted”dən “Əl-Nəsr”ə keçib.

Bu mövsüm portuqaliyalı forvard Səudiyyə Ərəbistanı klubunun heyətində bütün turnirlərdə 33 oyun keçirib, 30 qol vurub və 11 məhsuldar ötürmə edib.

Onun klubla müqaviləsi 2025-ci ilin iyun ayının sonuna kimi qüvvədədir.

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!
26 Aprel 01:40 "O, bizə yalan dedi"