"Real"ın ulduzunu transfer etmək istəyir - Premyer Liqa nəhəngləri

23 Mart 12:45 İngiltərə 766
"Real"ın ulduzunu transfer etmək istəyir - Premyer Liqa nəhəngləri

"Real"ın futbolçusu Rodriqo karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər.

Sportinfo.az xəbər verir ki, braziliyalı hücumçunun xidmətində "Liverpul", "Arsenal", "Mançester Siti" və "Mançester Yunayted" maraqlıdır.

Madrid təmsilçisi 23 yaşlı ön xətt oyunçusu üçün 85 milyon funt-sterlinqdən yuxarı gələnə təklifləri dəyərləndirəcək.

"Real" Rodriqonu 2019-cu ilin yayında "Santos"dan transfer edib.

Braziliya millisinin üzvü bu mövsüm "kral klubu"nun heyətində meydana çıxdığı 41 rəsmi matçda 13 qol və 8 məhsuldar ötürmə ilə yadda qalıb. Onun klubla müqaviləsi 2028-ci ilin yayına kimidir.

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!
26 Aprel 01:40 "O, bizə yalan dedi"