“Mənim yığmada olmalı olduğumu düşünən milyonlarla insan var”

23 Mart 01:30 İngiltərə 197
“Mənim yığmada olmalı olduğumu düşünən milyonlarla insan var”

“Mançester Yunayted”in müdafiəçisi Harri Maquayr martda Braziliya və Belçika yığmaları ilə yoldaşlıq oyunları üçün İngiltərə millisinə çağırılmasını şərh edib.

Sportinfo.az xəbər verir ki, o, bunları deyib:

“Klubumda altı ay ərzində lazım olduğu qədər müntəzəm oynamamağım milli komandaya seçilməməyim üçün səbəb olmamalıdır. Çünki millidə oynadığım zaman yaxşı oynamışam.

Milli komanda üçün çıxışım həmişə yüksək səviyyədə olub. Qaret Sautqeyt məni Qətərə (dünya kuboku) seçdi və oradakı performansımın parlaq olduğunu hiss etdim.

Hazırda bir çox insan var ki, bəlkə də, mənim millidə olmamalı olduğumu düşünür. Ancaq mənim yığmada olmalı olduğumu düşünən milyonlarla insan da var”.

Braziliya millisi ilə oyun martın 23-də keçiriləcək. Belçika yığması ilə yoldaşlıq oyunu isə martın 26-da baş tutacaq.

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!
26 Aprel 01:40 "O, bizə yalan dedi"