Braziliyalı yarımmüdafiəçi ilə maraqlanır - Premyer Liqa təmsilçisi

23 Mart 2024 00:00 İngiltərə 654
Braziliyalı yarımmüdafiəçi ilə maraqlanır - Premyer Liqa təmsilçisi

"Mançester Yunayted" yarımmüdafiə xəttini yeni oyunçu ilə gücləndirməyi planlaşdırır.

Sportinfo.az xəbər verir ki, "qırmızı şeytanlar" "Vulverhempton"da çıxış edən Joao Qomeslə maraqlanır.

"Mançester Yunayted" 23 yaşlı dayaq yarımmüdafiəçisini Kazemiroya əvəzləyici kimi düşünür. Mançester təmsilçisi yayda braziliyalı oyunçu üçün onun klubu ilə danışıqlara başlayacaq.

"Vulverhempton" Joao Qomesi 2023-cü ilin yayında "Flamenqo"dan transfer edib.

Braziliya millisinin üzvü bu mövsüm Premyer Liqa təmsilçisinin heyətində meydana çıxdığı 28 rəsmi matçda 2 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb. Onun klubu ilə müqaviləsinin müddəti 2028-ci ilin iyun ayına kimidir.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti