“Mançester Yunayted” top-klubdur, lakin pis nəticələri var”

21 Mart 17:20 İngiltərə 223
“Mançester Yunayted” top-klubdur, lakin pis nəticələri var”

“Koventri”nin müdafiəçisi Milan van Eveyk İngiltərə kubokunun yarımfinalındakı rəqibləri olan “Mançester Yunayted” haqda danışıb.

Sportinfo.az xəbər verir ki, niderlandlı futbolçu yarımfinal matçları üçün püşkdən razı qaldığını bildirib:

“Püşkatma normaldır. “Mançester Siti” ilə oyunda şansımız olmayacaqdı. “Mançester Yunayted” top-klubdur, lakin pis nəticələri var”.

Komandalar arasında görüş aprelin 20-də baş tutacaq. Digər yarımfinal oyununda “Mançester Siti” və “Çelsi” üz-üzə gələcək.

“Koventri” kubok matçlarında yarımfinala kimi “Oksford” (6:2), “Şeffild” (4:1), “Meydston” (5:0) və “Vulverhempton”u (3:2) sıradan çıxarıb.

“Koventri” Çempionşipdə 38 turdan sonra 57 xalla 8-ci yerdədir.

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!