Haaland millinin məşqində zədələndi - “Arsenal”la oyunu buraxa bilər

21 Mart 00:20 İngiltərə 178
Haaland millinin məşqində zədələndi - “Arsenal”la oyunu buraxa bilər

“Mançester Siti”nin və Norveç millisinin hücumçusu Erlinq Haaland yığmanın məşqi zamanı zədələnib.

Sportinfo.az xəbər verir ki, 23 yaşlı futbolçu axsadığı üçün meydanı tərk edib.

Beləliklə, Haaland Norveçin martda Çexiya (22 mart) və Slovakiya (26 mart) ilə yoldaşlıq görüşlərini buraxa bilər.

Hücumçunun İngiltərə çempionatının 30-cu turunun “Arsenal”la martın 31-də keçiriləcək oyununda iştirakı da sual altındadır.

Bu mövsüm norveçli futbolçu “Mançester Siti”nin heyətində bütün turnirlərdə 34 oyuna çıxıb, 29 qol vurub və 6 qolun ötürməsini verib.

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!