Maliyyə qaydalarını pozdu, 4 xalı silindi - Premyer Liqa klubunun

19 Mart 12:00 İngiltərə 230
Maliyyə qaydalarını pozdu, 4 xalı silindi - Premyer Liqa klubunun

“Nottingem Forest”in İngiltərə Premyer Liqasında 4 xalı silinib.

Sportinfo.az xəbər verir ki, bu barədə Premyer Liqanın rəsmi saytı məlumat yayıb.

Bildirilib ki, klub maliyyə qaydalarını pozduğuna görə 4 xaldan məhrum olub. İngiltərə təmsilçisi isə qərardan apellyasiya şikayəti verməyə hazırlaşır.

“Nottingem Forest” bu qərara qədər 25 xalla Premyer Liqanın turnir cədvəlində 17-ci yerdəydi. Klub 4 xalın silinməsi ilə 18-ci yerə geriləyib.

İngiltərə Premyer Liqasında bu mövsümün əvvəlində “Everton”dan maliyyə qaydalarını pozduğuna görə 10 xal silinib.

Lakin apellyasiya şikayətindən sonra Mersisayd təmsilçisinin 4 xalı geri qaytarılıb.

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!