Karyerasında ilkə imza atdı - “Mançester Siti”li yarımmüdafiəçi

5 Aprel 01:30 İngiltərə 3 988
Karyerasında ilkə imza atdı - “Mançester Siti”li yarımmüdafiəçi

“Mançester Siti”nin ingilis yarımmüdafiəçisi Fil Foden karyerasında ilk dəfə bir mövsümdə bütün yarışlarda ən azı 20 qol vurub.

Sportinfo.az xəbər verir ki, Foden Premyer Liqanın 31-ci turunda “Mançester Siti” ilə “Aston Villa”nın qarşılaşdığı (4:1) matçda het-trik edib.

Foden MS-nin yetirməsidir. Yarımmüdafiəçi 2017-ci ildən “şəhərlilər”in əsas komandasında çıxış edir. İngiltərəli futbolçunun klubla hazırkı müqaviləsi 2027-ci ilin iyun ayının sonuna qədərdir.

“Mançester Siti” 30 oyunda topladığı 70 xalla Premyer Liqanın turnir cədvəlinin 3-cü pilləsində qərarlaşıb.

Digər Xəbərlər
Xəbər Lenti