Premyer Liqa klubu PİS XƏBƏR aldı - Aparıcı simasından

21 Fevral 2024 01:40 İngiltərə 845
Premyer Liqa klubu PİS XƏBƏR aldı - Aparıcı simasından

“Liverpul”un heyətində ciddi itki baş verib.

Sportinfo.az xəbər verir ki, Mersisayd təmsilçisinin misirli futbolçusu Məhəmməd Salah sıradan çıxıb.

31 yaşlı vinger Premyer Liqanın 25-ci turunun “Brentford”la oyununda (4:1) zədələnib.

Futbolçu ölkə çempionatının növbəti turunun “Luton”la matçını buraxacaq.

Salah bu mövsüm “Liverpul”un heyətində meydana çıxdığı 28 matçda 19 qol və 10 məhsuldar ötürmə ilə yadda qalıb.

Digər Xəbərlər
Xəbər Lenti
27 Sentyabr 20:00 Çək və bizə göndər!
27 Sentyabr 19:50 "Sportinfo TV”də GÜNDƏM
27 Sentyabr 09:50 Bizi qorxutmaq istədi?