Uruqvaylı üçün 150 milyon avro ödəməyə hazırdır - Premyer Liqa klubu

6 Aprel 2024 10:00 İngiltərə 979
Uruqvaylı üçün 150 milyon avro ödəməyə hazırdır - Premyer Liqa klubu

“Liverpul” “Real”ın uruqvaylı yarımmüdafiəçisi Federiko Valverde üçün 150 milyon avro ödəməyə hazırdır.

Sportinfo.az xəbər verir ki, futbolçu “kral klubu”ndan ayrılmaq istəmir.

Öz növbəsində, “Real” da Uruqvay millisinin oyunçusunu satmaq fikrində deyil.

25 yaşlı Valverde 2016-cı ildən “Real”da çıxış edir. Yarımmüdafiəçi bu mövsüm bütün turnirlərdə 42 oyun keçirib, 1 qol vurub və 8 məhsuldar ötürmə edib.

Futbolçunun “kral klubu” ilə müqaviləsi 2029-cu ilin iyunun sonuna qədər qüvvədədir.

Digər Xəbərlər
Xəbər Lenti
23 Oktyabr 17:30 Çək və bizə göndər!
23 Oktyabr 15:10 "Sportinfo TV”də GÜNDƏM