“Liverpul” baş məşqçi Ruben Amorim üçün “Sportinq”ə 12,8 milyon funt sterlinq (15 milyon avro) ödəməlidir.
Sportinfo.az xəbər verir ki, “Bayer”in baş məşqçisi Xabi Alonso gələn mövsüm də Leverkuzen komandasına rəhbərlik etmək istəyini açıqladıqdan sonra “Liverpul” portuqaliyalı mütəxəssis üçün təzminat ödəmək variantını nəzərdən keçirməyə başlayıb.
Amorimin “Sportinq”lə müqaviləsi 2026-cı ilə qədər olduğu üçün “Liverpul” yayda onun gedişinə görə Portuqaliya klubuna təzminat ödəməli olacaq.
“Liverpul”un hazırkı baş məşqçisi Yurgen Klopp mövsümün sonunda klubdan ayrılacağını açıqlayıb.

