“Deyəsən, baş məşqçi matçdan sonra bir neçə bakal şərab içib“

8 Aprel 15:40 İngiltərə 601
“Deyəsən, baş məşqçi matçdan sonra bir neçə bakal şərab içib“

“Mançester Yunayted”in sabiq yarımmüdafiəçisi Roy Kin “Liverpul”la heç-heçədən (2:2) sonra “qırmızı şeytanlar”ın baş məşqçi Erik ten Haqın işi ilə bağlı fikirlərini bölüşüb.

Sportinfo.az xəbər verir ki, irlandiyalı mütəxəssis Ten Haqın çox məmnun göründüyünü bildirib:

“Deyəsən, Ten Haq matçdan sonra bir neçə bakal şərab içib. Ten Haq çox məmnun görünürdü.

“Mançester Yunayted” orta səviyyəli komanda kimi oynayır, kiçik bir klubun futbolunu nümayiş etdirir. Mən başa düşmürəm ki, onlar necə qalib gələcəklər”.

“Mançester Yunayted” 49 xalla Premyer Liqanın turnir cədvəlində 6-cı yerdədir.

“Liverpul” Premyer Liqada məğlubiyyətsizlik seriyasını 8 matça çatdırıb – 6 qələbə və 2 heç-heçə.

Yurgen Kloppun komandasının 71 xalı var və 2-ci pillədə qərarlaşıb. Mersisaydlılar əlavə göstəricilərə görə Premyer Liqanın lideri “Arsenal”dan (71) geri qalırlar.

Digər Xəbərlər
Xəbər Lenti
29 Aprel 17:20 Nə istəyirsiz ondan?
29 Aprel 16:50 Çək və bizə göndər!
29 Aprel 12:40 "Qarabağ" SUSDU