Premyer Liqa təmsilçisinin 2 futbolçusu koronavirusa yoluxdu

17 Oktyabr 2021 01:52 İngiltərə 408
Premyer Liqa təmsilçisinin 2 futbolçusu koronavirusa yoluxdu

"Tottenhem"in 2 futbolçusu koronavirusa yoluxub.

Sportinfo.az xəbər verir ki, hər iki oyunçu oktyabrın 14-də komanda ilə məşq edib.

Adları açıqlanmayan şəxslər 10 gün karantində qalacaq.

"Tottenhem" oktyabrın 17-də İngiltərə Premyer Liqasının VIII turunda "Nyukasl"ın qonağı olacaq. London təmsilçisi oktyabrın 21-də UEFA Konfrans Liqasının qrup mərhələsinin III turunda Niderlandda "Vitess"lə üz-üzə gələcək.

Digər Xəbərlər
Xəbər Lenti