Köməkçi baş məşqçi kimi geri döndü – Əyalət klubunda

8 İyul 2024 14:40 Əvəzedicilər 2 063
Köməkçi baş məşqçi kimi geri döndü – Əyalət klubunda

Birillik fasilədən sonra Premyer Liqaya qayıdan «Şamaxı»nın əvəzedici heyəti bərpa olunub.

Bura yeni baş məşqçi də təyin edilib.

İkinci komanda Məqsəd Yaqubəliyevə tapşırılıb. Onunla 1 illik müqavilə imzalanıb.

Yaqubəliyev ötən ilin oktyabrından «Şamaxı»da çalışıb. Sezona «İmişli»də Əsgər Abdullayevin köməkçisi kimi başlayan mütəxəssis daha sonra iş yerini dəyişib.

Ramiz Məmmədovun yardımçısı olaraq «şirlər»in I Liqanın qızıl medalları qazanmasında rol oynayıb.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
14 Oktyabr 23:20 "Bu, bizi məyus etdi"
14 Oktyabr 20:00 Mahir – qanadsız mələk