"Realist olmalıyıq, indi çempionluqdan çox uzağıq"

30 Yanvar 2021 01:52 İngiltərə 749
"Realist olmalıyıq, indi çempionluqdan çox uzağıq"

İngiltərə Premyer Liqasının 20-ci turu çərçivəsində “Vulverhempton”la 0:0 hesablı bərabərliyə razılaşan “Çelsi”nin yeni baş məşqçisi Tomas Tuxel açıqlama verib.

Sportinfo.az xəbər verir ki, “zadəganlar”ın baş məşqçisi kimi ilk oyununu keçirən Tuxel, bunları deyib:

“Oyundan razı qaldım, komandanın çıxışı, oyuna yanaşması məni məmnun etdi. “Çelsi” kimi klubdan və onun baş məşqçisindən hər zaman çempionluq gözləyirlər, amma realist olmalıyıq.

Çempionluqdan çox uzağıq. İlk dörd komanda ilə aramızda böyük fərq var. İndi komandanı formalaşdırmalı, oyunumuzu yaxşılaşdırmalıyıq”.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti