Azərbaycanı avrokuboklarda 7 klub təmsil edə bilər

31 İyul 2020 23:40 Həndbol 1 266
Azərbaycanı avrokuboklarda 7 klub təmsil edə bilər

Avropa Həndbol Konfederasiyası (EHF) ölkələrin yeni klub reytinqini açıqlayıb.

Sportinfo.az xəbər verir ki, cədvəl 2017/18, 2018/19 və 2019/20 mövsümlərinin nəticələrinə əsasən tərtib olunub.

Bu cədvəl avrokubokların 2021/22 mövsümündəki klub bölgüsünə xidmət edir. Azərbaycan ümumilikdə 7 komanda ilə təmsil olunmaq hüququ qazanıb.

Kişilərin reytinq siyahısında Azərbaycan 0,67 xala malikdir. Bir pillə geriləyərək, Farer adalarından geri düşən ölkəmiz Estoniya ilə 42-43-cü yerləri bölüşür.

Bu göstərici Azərbaycana yalnız EHF kubokunda təmsil olunmağa, bu yarışa üç komanda sifariş etməyə hüquq var. 2020/21 mövsümündə də eyni hüquqa malik olsaq da, təmsilçilərimiz qitə kuboklarına qatılmayıb.

Qadınların siyahısında isə 2,75 xala malik Azərbaycan 25-ci pilləyə yuvarlanıb. Bir pillə geriləyən ölkəmiz Yunanıstanı önə buraxıb.

Bu, Azərbaycana qarşıdakı mövsümdəki kimi 4 komanda ilə təmsil olunmaq hüququ verir ki, bunlardan biri Avropa Liqası, üçü EHF kubokunda çıxış edə bilər.

Lakin Azərbaycan Həndbol Federasiyası növbəti mövsüm üçün yalnız bir komandanı – “Azəryol”u EHF kubokuna sifariş edib. Reytinq siyahılarında kişilərdə Almaniya (133,67), qadınlarda Macarıstan (158,33) 1-ci pillədədir (apasport.az).

Digər Xəbərlər
Xəbər Lenti