“Qarabağ” İslam Həmrəyliyi Oyunlarının qalibini baş məşqçi postuna gətirdi - FOTO

1 Yanvar 11:30 Həndbol 1 348
“Qarabağ” İslam Həmrəyliyi Oyunlarının qalibini baş məşqçi postuna gətirdi - FOTO

Qadın həndbolçulardan ibarət “Qarabağ” komandasının yeni baş məşqçisi müəyyənləşib.

Sportinfo.az xəbər verir ki, kollektiv Yekaterina Peçeyə tapşırılıb.

Onunla bağlanacaq müqavilənin detalları açıqlanmayıb.

Yekaterina Peçe 2017-ci ildə Azərbaycan millisinin heyətində Bakıda keçirilmiş İslam Həmrəyliyi Oyunlarının qalibi olub. O, vaxtilə “Qarabağ” və Mingəçevirin “Nur” klublarında da çıxış edib.

Yığmanın sabiq üzvü bir dəfə Azərbaycan çempionu, iki dəfə isə ölkə kubokunun qalibi olub.

İslam Həmrəyliyi Oyunlarının qalibi Azərbaycan klubunun yeni baş məşqçisi olub

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti