
Azərbaycan millisinin hücumçusu Ramil Şeydayevin çıxış etdiyi “Buriram Yunayted”in (Tailand) Asiya Çempionlar Liqasındakı matçından sonra dava düşüb.
Çində “Çjetsyan” ilə qarşılaşmanın (3:2) ardından futbolçular arasında qarşıdurma olub.
Şeydayev də münaqişənin iştirakçısı olub və rəqib oyunçularla dava edib. Nəticədə o, qonaqların ən çox döyülən futbolçularından biri olub.
Buna onun rəqib komandanın üzvlərindən birinin boynundan tutaraq sıxması səbəb olub. Çinlilər Ramili təkləyərək bir neçə zərbə endiriblər.
AFFA olaya biganə qalmayıb. Federasiyanın baş katibi Sərxan Hacıyev millimizin forvardıyla əlaqə saxlayıb, vəziyyəti ilə maraqlanıb, ona mənəvi dəstək olub.
Şeydayev hazırda özünü yaxşı hiss etdiyini, ciddi xəsarət almadığını bildirib.
SPORTİNFO.AZ