Azərbaycanlı baş məşqçi Türkiyə klubunun prezidenti ilə görüşdü - 1 saat nədən danışıblar?

24 Yanvar 2024 13:00 Hadisə 3 275
Azərbaycanlı baş məşqçi Türkiyə klubunun prezidenti ilə görüşdü - 1 saat nədən danışıblar?

«Zirə»nin baş məşqçisi Rəşad Sadıqov

«Kocaelispor»un prezidenti Engin Koyunla görüşüb.

Tərəflər Antalyada bir araya gəlib. Otellərin birində baş tutan görüş 1 saata yaxın davam edib.

Sadıqovla Koyun «yaşıl körvəz» təmsçilçisinin dünəni və bu gün barədə danışıb. Bu da təsadüfi deyil. Axı Sadıqov 2008-2009-cu illər aralığında «Kocaelispor»un formasını geyinib.

Həmin vaxt Hans-Yurgen Gedenin təqdimatı, klub rəhbərliyinin qərarıyla «Neftçi»ni tərk etmək məcburiyyətində qalan müdafəçi Türkiyənin yolunu tutur.

Daha əvvəl burada «Kayserispor»un formasını geyinmiş arxa xətt oyunçusu «Kocaelispor»da 6 ay keçirib. Sadıqov həmin dövrlə bağlı xatirələrini prezidentlə bölüşüb, yaşadıqları hadisələrdən danışıb.

O, keçmiş klubuna TFF I Liqada uğurlar arzulayıb, bildirib ki, «Kocaelispor»un Super Liqaya vəsiqə qazanacağına inanır.

Engin Koyun da öz növbəsində «Kocaelispor»a göstərdiyi xidmətlərə görə Rəşad Sadıqova bir daha təşəkkür edib, yerli azarkeşlərin hələ də onu unutmadığını, Kocaelidə yolunu gözlədiklərini söyləyib.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
14 Sentyabr 18:10 Çək və bizə göndər!
14 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
14 Sentyabr 13:40 "Şəfa" VÜSALına qovuşdu
14 Sentyabr 11:20 "Qarabağ"ı uda bilərdik"