Milli qazandı, sevincək oldular, qəza törəndi - 6 azarkeş öldü

24 Yanvar 2024 10:00 Hadisə 1 049
Milli qazandı, sevincək oldular, qəza törəndi - 6 azarkeş öldü

Qvineya yığmasının Afrika Millətlər Kubokunda Qambiya üzərində 1:0 hesablı qələbəsini qeyd edən zaman 6 azarkeş həlak olub.

Sporinfo.az xəbər verir ki, bunu Qvineya Futbol Federasiyasının nümayəndəsi Amadu Makadji açıqlayıb.

Ölkənin paytaxtı Konakridə insanlar motosiklet və avtomobillərlə şəhər küçələrinə çıxaraq komandanın qələbəsini qeyd etmək qərarına gəliblər.

İki avtomobilin yüksək sürətlə toqquşması nəticəsində 3 nəfər ölüb, qalanları isə digər qəzalarda xəsarət alıb.

Qvineya yığması Afrika Millətlər Kubokunun qrup mərhələsində keçirdiyi iki oyunda 4 xal toplayıb.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti