Məşqdə dava düşdü, komanda yoldaşını döydü, avtomobilinə də ziyan vurdu

7 Fevral 01:40 Hadisə 500
Məşqdə dava düşdü, komanda yoldaşını döydü, avtomobilinə də ziyan vurdu

Türkiyə millisinin tanınmış voleybolçularından Ebrar Karakurt forma geyindiyi Kalninqrad “Lokomotiv”ində dava çıxarıb.

Sportinfo.az xəbər verir ki, bununla bağlı “Volley News” məlumat yayıb.

Belə ki, o, əvvəlcə məşq zamanı komanda yoldaşı Yuliye Brovkina ilə mübahisə yaşayıb.

Daha sonra paltardəyişmə otağında söz savaşı əlbəyaxa davaya dönüb. İddialara əsasən, Ebrar dava əsnasında Brovkinaya fiziki şiddət göstərib.

Məlumata görə, digər komanda yoldaşları vəziyyəti sakitləşdirməyə çalışsalar da, türk voleybolçunun əsəbi soyumayıb. O, dava etdiyi həmkarının avtomobilinə də ziyan vurub.

Karakurtun gələn mövsüm “Eczacıbaşı Dynavit”lə Türkiyə Liqasına dönəcəyi də deyilir

Digər Xəbərlər
Xəbər Lenti
17 Sentyabr 23:40 Baxşıyevin ədaləti!
17 Sentyabr 18:10 Çək və bizə göndər!
17 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM