Serbiya Superliqasının baş katibi Bakıda kimin qonağı oldu? - FOTOLAR

27 İyul 19:20 Hadisə 319
Serbiya Superliqasının baş katibi Bakıda kimin qonağı oldu? - FOTOLAR

Serbiya Superliqasının baş katibi Darko Ramovs Peşəkar Futbol Liqasının qonağı olub.

Sportinfo.az xəbər verir ki, bu barədə PFL-in mətbuat xidməti məlumat yayıb.

Ölkəmizə səfər çərçivəsində Peşəkar Futbol Liqasının qonağı olan Darko Ramovs qurumun prezidenti Elxan Səmədov ilə görüşüb.

Görüş zamanı Serbiya Superliqası və Azərbaycan Peşəkar Futbol Liqası arasında mövcud olan əməkdaşlıq və perspektivlər müzakirə olunub.

Eyni zamanda, hər iki ölkədə keçirilən bütün liqaların strukturları və liqaları maraqlandıran bütün məsələlər ilə bağlı fikir mübadiləsi aparılıb.

Görüşdən məmnunluğunu ifadə edən Darko Ramovs Peşəkar Futbol Liqasına və Azərbaycan futboluna uğurlar arzu edib.

Digər Xəbərlər
Xəbər Lenti
12 Sentyabr 18:10 Çək və bizə göndər!
12 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM