Erməni hücumçu: “Neftçi”yə yenə qol vurmaq üçün əlimdən gələni edəcəm”

20:20 Hadisə 301
Erməni hücumçu: “Neftçi”yə yenə qol vurmaq üçün əlimdən gələni edəcəm”

“Neftçi” Konfrans Liqasının 2026/27 mövsümünün II təsnifat mərhələsi çərçivəsində “Dinamo”ya (Minsk) 2:4 hesabı ilə uduzub.

Sportinfo.az xəbər verir ki, matçda “Neftçi”nin qapısından 2 top keçirən erməni hücumçu Karen Vardanyan sualları cavablandırıb.

-Düşünürəm ki, komandamız xarakter göstərdi və bu, oyunun taleyini həll etdi. 0:2 geridə olanda sınmadıq.

- Oyunun belə başlayacağını gözləyirdiniz?

-Əlbəttə ki, yox. Düşünürəm, oyuna tam daxil ola bilmədik. Amma şükür ki, vəziyyəti dəyşdik və yaxşı da alındı.

- Növbəti oyunu Bolqarıstanda keçirəcəksiniz. Orada oynamaq sizə tanışdır?

-Bəli, orada ikinci oyunumuz olacaq. Amma heç kim oyundan əvvəl matçın necə keçəcəyini deyə bilməz. Çalışacağıq, mübarizə aparacağıq və ümid edirəm növbəti mərhələyə adlayacağıq.

- Rəqibi zəif görmək kimi ehtimal varmı?

-Xeyr, əsla. Bu, yaxşı futbolçuları olan güclü komandadır. Heç bir halda arxayınlıq olmayacaq. Məqsədimiz növbəti mərhələyə yüksəlməkdir.

- Bu oyun karyeranızda yaddaqalan olacaq?

-Bəli, əlbəttə.

- Bu gün Bakıda qol vurmaq sizin üçün prinsipial idi?

-Xeyr, Bakıya qarşı xüsusi prinsipiallığım yoxdur. Mənim üçün bu, sadəcə çox vacib Konfrans Liqası oyunu idi. Rəqibin “Sabah” və ya başqa komanda olmasının fərqi yox idi.

- Fasilədə nə dəyişdi ki, komanda hücumda daha fəal oldu?

-Bunu baş məşqçidən soruşmaq lazımdır. O, daha yaxşı izah edər.

- Növbəti oyunda da qol vuracağınıza inanırsınız?

-Əmin ola bilmərəm, amma əlimdən gələni edəcəyəm.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti