“Yerli oyunçularla danışıqların gedişində qərara aldıq ki…”

23 İyul 23:40 Hadisə 119
“Yerli oyunçularla danışıqların gedişində qərara aldıq ki…”

“Yerli və əcnəbi oyunçuların vəhdətindən bir kollektiv qurmaq istəyirik”.

Bu sözləri Sportinfo.az-a açıqlamasında “Şəfa“nın baş məşqçisi Zaur Həşimov deyib.

21 ildən sonra Premyer Liqaya dönmüş paytaxt təmsilçisinin çalışdırıcısı heyətin komplektləşdirilməsi prosesindən danışıb:

“İlk dəfə rəhbərliklə görüşəndə yalnız yerli oyunçularla çıxış etmək təklif olunmuşdu. Mən də buna müsbət baxmışdım.

Lakin yerli oyunçularla danışıqların gedişində qərara aldıq ki, heyətə əcnəbilər də dəvət olunsun. Həmçinin 3-4 gənc oyunçu da sıralarımızda yer alacaq.

Təbii ki, hələ tam komplektləşdirilmə başa çatmayıb. Bəzi legionerlərimiz bizə qoşulmayıb.

Çempionatın başlamasına 3 həftə qalmış belə olması bizim üçün mənfi cəhətdir. Ancaq çempionatın startına kimi qismən hazır olacağıq“.

"Şəfa" bu yay 11 tranfser çalışması həyata keçirib.

Məmməd Hüseynov ("Kəpəz") Arsen Ağcabəyov ("Şamaxı"), Rauf Hüseynli ("Kəpəz"), Nicat Mehbalıyev ("Sabah"), Murad Musayev ("Qəbələ") Vlad Marian Pop (“Unirea Sloboziya”, Rumıniya), Andrey Fernando Draqu ("Unirea Sloboziya”, Rumıniya), Musa Queli ("Tikves", Şimali Makedoniya), Fərid Yusifli ("Turan Tovuz"), Maudo Lamin Jarjue, Treyvon Fuller ("Dila", Gürcüstan) və Bafode Dansoko ("Vintentur", İsveçrə) düşərgəyə dəvət olunub.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
23 İyul 21:30 Çək və bizə göndər!