Azərbaycan millisinin oyunçusu ordu sıralarına qoşulur - FOTO

23 İyul 09:40 Hadisə 3 815
Azərbaycan millisinin oyunçusu ordu sıralarına qoşulur - FOTO

Azərbaycan millisinin yarımmüdafiəçisi Ceyhun Nuriyev bir müddət yaşıl sahələrdən uzaq düşəcək.

Buna səbəb onun həqiqi hərbi xidmətə çağırılmasıdır.

25 yaşlı oyunçu artıq avqustda ordu sıralarına qoşulacaq. «Karantin»dən sonra isə MOİK-in ixtiyarına keçməsi gözlənilir.

I Liqada mübarizə aparan «hərbiçilər»in isə onu «Araz-Naxçıvan»a icarəyə verməsi nəzərdə tutulub. Hər halda Nuriyev Muxtar Respublika təmsilçisi ilə belə razılaşma əldə edib.

Növbəti mövsüm iddialılar sırasına qoşulması gözlənilməyən «ağ-qırmızılar» ötən ay "Zirə"dən ayrılan və legioner həyatı yaşamaq arzusu həyata keçməyən yarımmüdafiəçi ilə danışıqları başa çatdırıb.

Klubsuz qalmaq ehtimalını yaxına buraxmaq istəməyən millinin üzvü onlardan gələn təklifi qəbul edib.

SPORTİNFO.AZ

"Bu məğlubiyyət bizi sarsıtmayacaq" - Ceyhun Nuriyev

Digər Xəbərlər
Xəbər Lenti
12 Sentyabr 18:10 Çək və bizə göndər!
12 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM