UEFA pul ayırdı, AFFA stadionda bu işi görməyə başladı - FOTOLAR

23 İyul 03:10 Hadisə 917
UEFA pul ayırdı, AFFA stadionda bu işi görməyə başladı - FOTOLAR

Mərdəkanda yerləşən və AFFA-nın balansında olan “Liv Bona Dea Arena”da ot örtüyünün yenilənməsi işləri plan üzrə davam etdirilir.

Sportinfo.az xəbər verir ki, bu haqda AFFA-nın mətbuat xidməti məlumat yayıb.

Aparılan işlər UEFA-nın “Hat-Trick” layihəsi çərçivəsində həyata keçirilir.

Hibrid tikişli (Hybrid stitched) texnologiya əsasında hazırlanan yeni örtük təxminən 95 faiz təbii ot və 5 faiz sintetik lifdən ibarətdir.

Bu texnologiya futbol kimi yüksək intensivlikli idman növlərində örtüyün zədələnməsinin qarşısını alır.

Görülən işlər ot örtüyünün keyfiyyətinin yüksəldilməsi, dayanıqlılığının artırılması və beynəlxalq standartlara daha da uyğunlaşdırılması məqsədi daşıyır.

Digər Xəbərlər
Xəbər Lenti
10 Avqust 18:10 Çək və bizə göndər!