Yığmanın sabiq oyunçusu ilə anlaşdılar, təqdimatı İçərişəhərdə etdilər - VİDEO

23 İyul 02:50 Hadisə 386
Yığmanın sabiq oyunçusu ilə anlaşdılar, təqdimatı İçərişəhərdə etdilər - VİDEO

BATE heyətini yeni futbolçu ilə gücləndirib.

Sportinfo.az xəbər verir ki, Borisov təmsilçisi Belarus millisinin sabiq üzvü Yuri Kovalyovu transfer edib.

33 yaşlı yarımmüdafiəçi ilə müqavilə imzalanıb.

Qeyd edək ki, BATE Kovalyovu sosial şəbəkə hesabları vasitəsi ilə Bakıdan - İçərişəhərdən təqdim edib. Bu zaman məşhur "Brilliant əl" sovet filmi təqlid olunub.

Borisov təmsilçisi İsveçrənin "Sion" komandası ilə oyununu iyulun 23-də Sumqayıtdakı Mehdi Hüseynzadə adına stadionda keçirəcək.

UEFA Ukraynadakı müharibə ilə əlaqədar 2022-ci ilin fevralından etibarən Belarus komandalarına beynəlxalq oyunları evdə keçirməyi qadağan edib.

Digər Xəbərlər
Xəbər Lenti
8 Avqust 18:10 Çək və bizə göndər!