Daha bir transfer, bu dəfə İsveçrədən - FOTOLAR

23 İyul 01:20 Hadisə 858
Daha bir transfer, bu dəfə İsveçrədən - FOTOLAR

“Şəfa” daha bir transferini reallaşdırıb.

Sportinfo.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Qvineyalı vinger Bafode Dansoko ilə 1 illik müqavilə imzalanıb.

30 yaşlı futbolçu son olaraq İsveçrə təmsilçisi “Vintertur”da çıxış edib.

Karyerası ərzində o, Belçikanın “Patro Eysden”, “KMSK Deynze”, “La Luvyer”, Fransanın “Vol-an-Velen” və “Vaskal” klublarının da formasını geyinib.

"Şəfa" bu yay Məmməd Hüseynov ("Kəpəz") Arsen Ağcabəyov ("Şamaxı"), Rauf Hüseynli ("Kəpəz"), Nicat Mehbalıyev ("Sabah"), Murad Musayev ("Qəbələ") Vlad Marian Pop (“Unirea Sloboziya”, Rumıniya), Andrey Fernando Draqu ("Unirea Sloboziya”​​​​​​, Rumıniya), Musa Queli ("Tikves", Şimali Makedoniya), Fərid Yusifli ("Turan Tovuz"), Maudo Lamin Jarjue, və Treyvon Fulleri də heyətinə cəlb edib.

Digər Xəbərlər
Xəbər Lenti
8 Avqust 18:10 Çək və bizə göndər!