"Transfer işlərimiz davam edir”.
Bu sözləri Sportinfo.az-a açıqlamasında “İmişli”nin yeni baş məşqçisi Fərid Namazov deyib.
Yaxınlarda aran təmsilçsinin sükanı arxasına keçən gənc mütəxəssis seleksiya apardıqlarını bildirib:
“Bir neçə mövqe üzrə axtarışlarımız gedir. Yeni futbolçuların cəlb olunması istiqamətində rəhbərliklə birlikdə çalışırıq.
Ümid edirəm ki, yaxın vaxtlarda bu sahədə də yeniliklər olacaq. Bunun üçüm çox çalışırıq”.
Premyer Liqada ikinci növsümünü keçirməyə hazırlaşan rayon komandası hələlik 4 yerli oyunçu ilə anlaşıb.
Seyxan Fərəcov (MOİK), Sadiq Məmmədzadə ("Qarabağ"), Bəxtiyar Həsənalızadə ("Araz-Naxçıvan"), Fərid Nəbiyev ("Kəpəz") və Yusif İmanov ("Kəpəz") düşərgəyə qoşulub.

